"Mən Azərbaycanda seks
inqilabının başlanğıcını qoydum" deyən feminist Aysel Ələkbərzadə
seks işçilərinin problemini gündəmə gətirib.
BAKU.WS xəbər
verir ki, seks işçilərinin karantin rejimində işləyə bilmədiklərini qeyd edən
Ələkbərzadə onların pulsuz qaldığını ictimaiyyətin diqqətinə çatdırıb:
"Ölkəmizdə seks isçilərinin vəziyyət bərbaddır. 90% seks işçisi bunu sənət kimi yox, dolanmaq üçün məcburiyyətdən edir. Hazırda korona deyilən bəlaya görə hamımız əziyyət çəkirik, seks isçiləri isə bizdən daha çox əziyyət çəkir. Yeganə gəlir mənbələri qeyri-müəyyən zamana qədər bağlanıb.

Deyə bilərsiniz
ki, qazandıqlarını indi xərcləsinlər. Amma elə deyil, seks işçilərinin
hamısı eyni səviyyədə qazanmır. Həftələrlə bu işi görüb 100-200 manatı zorla
qazananlar var ki, onlar bu günlər üçün necə pul yığa bilərdilər?
Sizdən onlara
kömək istəmirəm, sadəcə deyirəm ki, bu ölkədə siz istəsəniz də, istəməsəniz də,
seks xidməti deyilen bir sektor var. Zatən onlar üzə çıxıb, "Mən
seks işçisiyəm, pis vəziyyətdəyəm, kömək edin", deyəsi deyillər".
Xatırladaq ki,
Aysel Ələkbərzadə feministlərin "8 Marş" yürüşündə qalmaqallı plakatı
ilə məşhurlaşmışdı. Daha sonra isə intihara cəhdi ilə bir müddət gündəmi
zəbt etmişdir.
Aysel
BAKU.WS
BAKU.WS