Seks üçün pul ödəmək qadağan olacaq
Şimali İrlandiyada pul qarşılığında sekslə məşğul olmaq 1 iyundan etibarən qeyri-qanuni sayılacaq.
Belə qadağanın qoyulmasında məqsədin seks "işçilərini" günahkar çıxarmadan, müştərilərə, yəni "seks satın alanlar”a təsir etmək olduğu bildirilib.Bənzər qanun daha əvvəl İsveç və Norveçdə də tətbiq olunmuşdu. Qadağanın tərəfdarları qanunun İngiltərədə də həyata keçirilməsini istəyirlər.
"Seks işçiləri" isə pul qarşılığı cinsi əlaqəni qadağan etməkdənsə, qanuniləşdirilməsini tərəfdarıdırlar. Əks halda, qadağanın seks işçilərinin həyatını daha da təhlükəli hala gətirəcəyi bildirilib.