.

March 11, 2019

Seks işçilərinin sığınacaqları

Seks işçilərinin sığınacaqları

Həftənin ilk günü yerli mətbuatda 10-a yaxın masaj salonu adı altında fəaliyyət göstərən pritonların sahiblərinin həbsi barədə xəbər yayıldı.

BiG.AZ minval.info xəbər verir ki, onların həbsində Murtuzova Güləndam adlı qadının rolu olub. Belə ki, adıçəkilən şəxs Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etməkdə günahlandırılıb və prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Onun həbsindən sonra məlum olub ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlu rəhbərlik edib. Nəticədə həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Onların paytaxtın Nəsimi rayonu ərazisində "Jasmin”, ”Şarden”, ”Səma”, ”Play”, ”Dalğa” və Nərimanov rayonunda "Atilla”, ”Diana”, ”Venus” adlı obyektlərdə əxlaqsız yuvaları təşkil etmələri istintaq orqanları əməkdaşları tərəfindən aşkar edilib.

"Antalya” ləqəbli qadın alverçisi…

Minval.info həbslərlə bağlı araşdırma aparıb və hazırda cinayət işi üzrə məhkəmə prosesi davam edən Həsənov Mehmanın masaj salonunu pritona çevirmək sahəsində "veteran” mütəxəssis olduğu üzə çıxıb.

Öncə onun "Antalya Mehman” ləqəbi ilə tanındığını və ləqəbi necə qazandığındı barədə məlumat verək. Mehmanın illər əvvəl qumarxana sahibi olduğu deyilir və yaxşı qazanc əldə etdiyi dövrdə özü də bu oyunun aludəçisinə çevrilir. O, qumarxanadan xeyli pul qazana bilsə də, qumar oynamaqda əldə etdiklərini itirməyə başlayıb. Nəticədə iflasa uğrayır, sonradan isə Bakıda yerləşən"Antalya” restoranını icarəyə götürməklə yenidən arenaya qayıtmaq fikrinə düşür.