.

March 11, 2019

Seks işçiləri haqqında bilmədiklərimiz

Seks işçiləri haqqında bilmədiklərimiz 

Dünyanın ən qədim peşə qruplarından biri olmasına baxmayaraq, seks sənətkarlığı ən çox cəzalanan peşələrdən biridir. Günümüzdə bir çox ölkə hüquqi yollarla seks sənayesini qadağan edir və aparılan fəaliyyətlərin "cinayət" olduğunu iddia edir.

Seks işçilərinin yer altına sürülməsi və pis həyat şəraitində çalışmaları, vəziyyəti daha da pis hala gətirərək şiddəti, xəstəliyi və köləliyi artırır.

Tabu arxasında yaşamağa çalışan seks işçiləri haqqında bilmədiklərimizi oxuculara təqdim edirik.

1-ci şəxsi həyatları iş həyatlarından daha stresli olur

Aparılan bir araşdırmaya görə, seks işçilərinin 57 faizi şəxsi həyatlarının iş həyatlarından daha stresli olduğunu bildirir. Bunun səbəbi isə peşələrinə görə ailə içində yaşadıqları problemlər, psixoloji xəstəliklər, fiziki problemlər və narkotik asılılıqları olaraq göstərilir.

2-ci vəzifələri sırasında çox xəsarət alırlar

Viktoriya Universitetində aparılan bir araşdırmaya görə, sorğuda iştirak edən seks işçilərinin yüzdə 15-i bir müştəriyə xidmət edərkən işlə bağlı bir neçə dəfə xəsarət aldığını bildirir.

İşçilərin çoxu, dövlət qurumlarından sığorta ala bilmədikləri üçün müalicə etdirməkdə çətinlik çəkdiyini deyir.

3-cü seks işçiləri bir neçə dəfə həkim nəzarətindən keçir

Araşdırmalar işçilərin təxminən 97 faizinin XIV / QİÇS-virusuna tutulduğunu, seks satın alan şəxslərin isə yalnız 68 faizinin test etdirdiyini göstərir.

4-cü bəzi işçilər seks zamanı özlərini qoruya bilmir

XIV / QİÇS kimi ciddi xəstəliklərə qarşı test edilməyən cinsi alıcıların faizini nəzərə alaraq, bəzi seks işçilərinin prezervativ istifadə etmədiyi həqiqəti yoluxucu xəstəliklər barəsində qorxunc bir risk təşkil edir.

Kanada, Viktoriya Universitetindəki bütün seks işçilərinin yalnız yüzdə 68-i prezervativ istifadə edir.

5-ci Sektordakı kişi və qadın pozğunluğundan şikayətçilər

Seks işçilərinin yüzdə 77-si qadın, ya da özlərini qadın kimi təsvir edənlərdən ibarətdir. Kişilər seks sənətkarlığının 17 faizini təmsil edərkən yüzdə 6-sı digər cins kimi göstərilir. Bu da sektorda qabarıq bir güc tarazlığının olduğunu sübut edir.

6-cı azyaşlı seks işçilərinin çoxluğu onları narahat edir

İlk seks satışı üçün orta yaş 26 olmasına baxmayaraq, seks işçilərinin yüzdə 29-u 19 yaşından əvvəl seks satdığını bildirir.

7-ci fiziki zorakılığa məruz qalırlar

Seks işçilərinin yüzdə 40-dan çoxu şiddət görür. Bütövlükdə 24 faizi fiziki olaraq, yüzdə 29-u isə cinsi olaraq təcavüzə məruz qalır. Təcavüzkarlar müştərilərdən daha sonra iş yoldaşları və rəhbərlərdən çıxır.

8-ci Seks işçisi olmadan əvvəlki peşələrindən ötrü darıxırlar

İngiltərədə bir sorğuda iştirak edən seks işçilərinin yüzdə 70-dən çoxu, seks işinə getməzdən əvvəl təhsil, səhiyyə və yardım sektorları kimi mötəbər peşələrdə çalışdığını bildirir.